BİZİM İŞ PROSESİMİZ 3 SADƏ ADDIMDAN İBARƏTDİR
3 addım atmaqla bizim professional autsours Software Testing xidmətlərimizdən yararlana bilərsiniz. Software Testing-in hər sahəsi üçün gündəlik/həftəlik/aylıq qiymətlər paketimizə nəzər salın və Sizə uyğun olanı seçin.
1. SİZƏ LAZIM OLANI DƏQİQLƏŞDİRİN
İlk olaraq sizə lazım olan müvafiq test xidmətlərini dəqiqləşdirin. İstəyə biləcəyiniz test xidməti ilə bağlı zaman və büdcə sizə uyğun gəlirmi. Bu mərhələdən etibarən sizə yardım edə bilərik.
2. PAKETLƏRDƏN BİRİNİ SEÇİN
Biz Funksional, Performans, İstifadə edilə bilmə testi kimi xidmət paketləri təklif etməklə Desktop və Mobil tətbiqlərin testini həyata keçiririk. Mövcud paketlərdən birini seçin və ya bizə icazə verin sizin üçün başqa birisini yaradaq.
3. TEST VƏ TƏSLİMAT
SOTEQA sizin Proqram təminatı Testlərinin planlaşdırılmasını, dizaynını, icrasını və hesabatını reallaşdıracaq. Biz sizə proqram təminatınızda ola biləcək "baq"ları təyin etməklə məhsulunuzun inkişafını təklif edir və müştərilərinizə ən yüksək keyfiyyətdə məhsul çatdırılmasında kömək edəcəyik.
Paketlərimiz
- Paket nədir?
- Seçənəklər hansılardır?
- Hansı Paketi seçə bilərsiniz?
- Daha çox test personalı?
- Özəl Qiymət Paketi
- Əlavə suallar
Paket nədir?
Paket - SOTEQA-nın götürdüyü autsors edilmiş test öhdəliyinin vahidini təşkil edir. Hal-hazırda təklif etdiyimiz ən kiçik paketimiz 2 test mühəndisi olmaqla 1 gün təşkil edir.
Bütün paketlərə heç bir əlavə ödəniş edilmədən layihənin idarə edilməsi daxildir.
Seçənəkləriniz hansılardır?
Paketlərimiz iki səviyyədə təşkil olunur:
- Müddətin Növlərinə görə: Gündəlik, Həftəlik və Aylıq
- Testlərin Növlərinə görə: Bizim fəaliyyətimiz 5 əsas Test sahəsini əhatə edir.
- Qrafik İstifadəçi İnterfeysi (Qİİ) üçün Avtomatlaşdırılmış Testlər
- Təkmilləşdirilmiş Avtomatlaşdırma Testləri
- Performans Testləri
- Təhlükəsizlik Testləri
Sizə Software Testing-in hansı sahəsində köməkliyimiz lazımdır?
İlk növbədə Sizə ehtiyac olan autsors edəcəyiniz test xidmətlərini bildirin. Bizim test xidmətləri 5 əsas sahəni əhatə edir. Siz onlayn olaraq bir başa testin detallarına baxaraq tələblərinizə uyğun olan sahəni test etdirə bilərsiniz.
Gündəlik/Həftəlik/Aylıq paketlərdən seçə bilərsiniz
Sizin qərar vermənizdə əsas rol oynayan amillərdən də biri gündəlik, həftəlik və ya aylıq paketlərin seçilməsidir. Daha detallı məlumat üçün aşağıdakı keçidə daxil olun.
Daha çox test personalına ehtiyacınız var?
Göstərilən paketlərə bütöv bir gün üçün çalışacaq 2 test personalı cəlb olunur. Əgər sizə daha çox test personalı gərəkirsə sizin ehtiyaclarınızı qarşılamaq üçün xüsusi paket təklif etməyə hazırıq.
Özəl Qiymət Paketinə ehtiyacınız var?
Əlbəttə!
Biz seçiminiz üçün hazır paketlər təklif etsək də, o demək deyil ki, siz mütləq onlardan birini seçməlisiniz. Əgər siz hesab edirsinizsə ki, paket şərtləri sizi qane etmir və ya sizə özəl qiymət paketləri yaradılmalıdır, onda, biz bu problemi də həll edərik. Məsələn 1 funskional sınaq və 1 performans sınaqı üçün test mütəxəssisinə ehtiyac varsa, onda əlbəttə ki, bunun xüsusi hesablanması lazımdır.
Siz tələblərinizi bölüşün və biz də sizə kömək edəcəyik. Sadəcə müraciət edin!
Əlavə suallara ehtiyacınız var?
Sizi marağlandıran suallara cavab tapmaq üçün zəhmət olmasa bizim FAQ bölümümüzə baş vurun. Əgər hər hansı bir suala cavab tapa bilmirsinizsə bizə müraciət edə bilərsiniz. Biz sizin bütün suallarınızı cavablandırmağa çalışacağıq.