SOTEQA-nın avtomatlaşdırma kontekstində geniş çeşiddə, ümumi-təyinatlı və təcrübədən keçmiş test həlləri var. Qeyd edək ki, test avtomatlaşdırılması haqda bizim müəyyən mövqelərimiz var. Biz hesab edirik ki, test avtomatlaşdırılması hansısa proqram kodu çərçivəsindən yüksəkdir və kifayət qədər ciddi bir təkmilləşdirmə fəaliyyətidir. Bizi test proseslərinizə cəlb etməklə fərqi müşahidə edə bilərsiniz!
Biz aşağıdakı test avtomatlaşdırılma xidmətlərini təklif edirik:
Qrafik İstifadəçi İnterfeysi (Qİİ) üçün yenidən istifadə edilə bilən struktura malik test avtomatlaşdırılması
Məlumat Yönümlü (Data-driven) test avtomatlaşdırılması
Açar söz yönümlü (Keyword-driven) test avtomatlaşdırılması
Çevik (Agile) strukturlu test avtomatlaşdırılması: FitNesse, BDD frameworks kimi.
Protocol səviyyəli test avtomatlaşdırılması. Məsələn veb servislər. (JMeter/ SoapUI və s. istifadə edilməklə )
CLI (Command Line Interface) əsasında test avtomatlaşdırılması
Jenkins kimi Fasiləsiz İnteqrasiya Alətlərindən istifadə