Azerbaijan's First

Software Testing Company

az  |  ru  |  en

Paketləşdirilmiş Test Xidmətləri

Niyə Paketləşdirilmiş test xidmətləri?

Autsors edilmiş test xidmətlərində əsas vaxt itkisi testin əhatə edəcəyi sahələrin müzakirələrinə, qiymətləndirməyə və danışıqlara sərf olunur. Həm də biz hiss etmişik ki, müştərilər çox vaxt test tərəfdaşı seçəndə bu tərəfdaşın ən dürüst qiymət təklif etdiyinə əmin olmurlar. Ona görə də SOTEQA olaraq bu vaxt itkisini minimuma endirməklə müştərilərimiz arasında güvən yaratmaq istədik və istifadə üçün hazır, çevik paketlər hazırladıq. Xüsusi istəklərinizə bağlı özəl qiymət paketləri də təklif edirik.

Paket nədir?

Paket - SOTEQA-nın götürdüyü autsors edilmiş test öhdəliyinin vahidini təşkil edir. Hal hazırda təklif etdiyimiz ən kiçik paketimiz 2 test mühəndisi olmaqla 1 gün təşkil edir. Bütün paketlərə heç bir əlavə ödəniş edilmədən layihənin idarə edilməsi daxildir.

Paketlərdəki seçənəklər hansılardır?

Paketlər  gündəlik, həftəlik və aylıq olmaqla müddət vahidi formasında qruplaşdırılıb və həmçinin 4 əsas test sahəsi üzrə alt-qruplara bölünüb.

Əsas test sahələriniz hansılardır?

Biz bütün cari test xidmətlərimizi 4 əsas test sahəsinə bölərək sadələşmiş paket modelinə gətirmişik. Qeyd edilən 4 sahə bunlardır. Funksional Testlər, Qrafik İstifadəçi İnterfeysi (Qİİ) üçün Avtomatlaşdırılmış Testlər, Təkmilləşdirilmiş Avtomatlaşdırma Testləri, Performans Testləri. 

Mən haradan sizin 4 test sahəniz haqqında ətraflı məlumat ala bilərəm?

Bizim 4 test xidmət sahəmiz haqqında ətraflı məlumat üçün Xidmətlər səhifəsinə daxil ola bilərsiniz.

Test Paketləri

‘Full-time tester’ nə deməkdir?

‘Full-time tester’ dedikdə bir iş günü arzində 8 saatlıq iş rejimi ilə işləyən mütəxəssis nəzərdə tutulur..

Əgər mənə müxtəlif test sahələri üzrə 2-dən çox testerə ehtiyac olarsa?

Biz sizə özəl qiymət paketi hazırlayarıq. Zəhmət olmasa bizimlə əlaqə saxlayın.

Əgər daha bir tester-ə ehtiyacım varsa?

Əgər bizdən hər hansı bir test sahəsi üzrə aldığınız aktiv paket varsa onda əlavə test mütəxəssisinin cəlb edilməsi qiymətini asanlıqla razılaşmaq olar. Lakin əgər heç bir paket almamısınızsa onda təklif edirik ki, əvvəldən iki test mütəxəssisinin iştirakı ilə daha uyğun paket seçə bilərsiniz.

Bəlkə mən iki müxtəlif test sahəsi üzrə 1 mütəxəssis cəlb etmək istəyirəm?

Biz sizə özəl qiymət paketi hazırlayarıq. Zəhmət olmasa bizimlə əlaqə saxlayın.

Günlük paket dedikdə nəyi nəzərdə tutursunuz?

Günlük paket dedikdə 8 saatlıq iş günü nəzərdə tutulur

Həftəlik paket dedikdə neçə gün nəzərdə tutursunuz?

Həftəlik paket dedikdə 5 iş günü nəzərdə tutulur.